28 Aprel 2023 13:56
5 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Laçın şəhəri istiqamətində Kiçik Qaladərəsi kəndi ətrafında iki mühüm yüksəkliyi nəzarətə götürməsi mühüm tarixi hadisədir. Çünki bu yüksəkliklərin çox vacib strateji əhəmiyyəti var. Bu yüksəklik birbaşa Laçın-Xankəndi yolunun üzərindədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, erməniləri himayə edənlər də nəhayət anlamalıdırlar ki, bura Azərbaycan dövlətinin ərazisidir:

“Bu yüksəkliklərdə yerləşən Ordu da Azərbaycana məxusudur. Ərazi bizimdir, istədiyimiz nöqtədə dayanmaq, durmaq, post qurmaq kimi imtiyazlar da özümüzə aiddir. Sərhəddə də mühüm strateji əhəmiyyət kəsb edən nöqtələrdə Ordumuzun dayanması onun fundamental hüququdur. Bu heç kəsə qarşı yönəlmiş hədə qorxu da deyil. Orada yaşan erməni əsilli insanlar da da gec-tez Azərbaycan qanunlarını qəbul edəcəklər. Əslində Ordumuzun bu ərazilərdə yerləşməsi təhlükəsizliklə bağlı atılan zəruri addımlardır”.

Millət vəkilinə görə, bu gün Azərbaycan Ordusunun atdığı addımlardan kimlərsə narahat olmamalıdır:

"Əslində bir neçə gün öncə Azərbaycan dövləti tərəfindən atılan zəruri addımlar xalqımızın, dövlətimizin həyatında tarixi hadisələrdir. Bu bizim xalq olaraq hər zaman arzu etdiyimiz tarixi dövrdür. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun olaraq irəliləyir. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə də bayrağımızın ucaldılmasının sevincini yaşayacayıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər