Güman edirik ki, sülh müqaviləsi layihəsi üzərində gələcək işlər Bakı və İrəvan tərəfindən ikitərəfli əsasda davam etdiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu çərşənbə günü həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Biz bu prosesi asanlaşdırmaqda öz rolumuzu görürük, ona görə də görüş üçün Moskvanı təklif etdik. Bizim əsas məqsədimiz regionda davamlı və dayanıqlı sülhü təmin etməkdir. Mübahisəsiz, bu məqsədə aparan yol Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsidir”.
Qeyd edək ki, mayın 1-4-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar aparılıb.
Bu formatda növbəti görüşün Moskvada keçirilməsi planlaşdırılır.