Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində mayın 19-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.