22 May 2023 12:54
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır".

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb", - dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər