Bu gün Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı da iştirak edib.
Onlar mərasimdən sonra “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanla və digər qonaqlarla söhbətləşib.
Teleqraf.com xəbər verir ki, sözgedən qeyri-rəsmi görüşü əks etdirən foto lentə alınıb.
Fotoda Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, NATO-nun baş katibi Yens Stoltenberq, İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani də yer alıb.