Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Daimi Şurasının xüsusi iclasında Azərbaycanın postmünaqişə dövründəki səyləri barədə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter səhifəsində yazıb.
Bundan başqa, nazir çıxışında sülh gündəmindən və Azərbaycanın ATƏT-dəki fəal rolundan danışıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Vyanada ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında çıxış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Xatırladaq ki, Ceyhun Bayramov bu gün Avstriyaya işgüzar səfərə gedib.
Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada da iştirak edib.