7 İyun 2023 18:37
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya üçtərəfli bəyanatları Azərbaycan və Ermənistan arasında barışıq prosesi üçün alternativi olmayan “yol xəritəsi” hesab edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Biz dəfələrlə bəyan etmişik ki, üçtərəfli formatda - Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzərində işləyirik. Biz üçtərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz “yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dinamikası, formatları və əlavə alətləri var. Biz heç nəyə məcbur etməyə çalışmırıq, plana əməl edirik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın yanaşmalarının yaxınlaşması Rusiya üçün həmişə prioritet olaraq qalır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər