9 İyun 2023 20:59
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən ətraf mühitə, mədəniyyətimizə qarşı genosid törədilib.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

"Deyərdim ki, II Dünya Müharibəsindən sonra bu qədər dağıntı heç bir yerdə olmayıb”, - o əlavə edib.

Həbib Mikayıllı dövlət tərəfindən keçmiş məcburi köçkünlərə ata-baba yurdlarına qayıdış zamanı lazımi dəstək göstəriləcəyini vurğulayıb: “Bu baxımdan Azərbaycan dünyada nümunəvi dövlətlərdən biridir. Belə ki, dövlət tərəfindən bu kateqoriyadan olan insanların mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onlara dəstək layihələri həyata keçirilib. Qayıdış zamanı da bütün lazımı işlər görüləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər