15 İyun 2023 15:07
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Pakistanın Baş naziri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Eyni zamanda, birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı müzakirələr apardıq, çünki buna ehtiyac var".

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib: “Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır. Ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər