16 İyun 2023 18:23
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən gün Erməni təxribatı nəticəsində Laçın yolunda xoşagəlməz insident yarandı. Erməni dövləti növbəti dəfə öz xislətini göstərdi. Ermənistanın silahlı qüvvələri və Qarabağdakı qanunsuz silahlı dəstə hər vəchlə sülh prosesinə maneə yaradırlar. Bunu məqsədli şəkildə edirlər. Onların bu addımı Ermənistanın dövlət maraqlarına ziddir. Çünki rəsmi İrəvan dəfələrlə bəyan edib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edirlər. Bütün bunların fonunda erməni silahlılarının təxribata əl atması, bu ölkədə xaosun mövcudluğunu, ordunun mərkəzi hakimiyyətə tabe olmadığını göstərir. Erməni hərbçilər Paşinyanın əmrinə tabe olmurlar, onu saymırlar”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri daha çox kənardan gələn sifarişləri yerinə yetirməklə məşğuldurlar: “Fransa Cənubi Qafqazla bağlı fəallığının artması, daha doğrusu, bu ölkənin Ermənistana siyasi və hərbi dəstəyinin güclənməsi müşahidə olunmaqdadır. Fransanın xarici işlər naziri Katrin Kolonna bir neçə gün öncə Laçın yolunun guya bağlı olduğunu deyərək, Avropa Birliyini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bəyan edən Fransa əslində Ermənistanı Azərbaycana qarşı aqressiv siyasət yeritməyə sürükləyir. Artıq Fransa Ermənistanı silahlandırmağa da başlayıb. Rəsmi Parisin Ermənistana 50 ədəd zirehli texnika tədarük edəcəyi bildirilir.

Digər bir məqam, İran faktorudur. Ermənistan Xarici işlər naziri bəyan edib ki, Naxçıvanla Azərbaycanın Qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizinin reallaşması İranın maraqlarına uyğun deyil. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bəyan etmişdi ki, Zəngəzur dəhlizinə ən böyük əngəl İrandır. Deməli, sərhəddə gərginliyin baş verməsi həm də İranın maraqlarına cavab verir.

Biz Azərbaycan-Ermənistan münasibətlərinin yenidən gərginləşməsində Rusiyanın müəyyən dairələrinin maraqlı olmasını da unutmamalıyıq: “Bilisriniz ki, iki ildən sonra Qarabağdakı Rusiya sülhməramlı missiyasının müddəti başa çatır. Çox güman ki, Azərbaycan dövləti onların ölkəmizdən çıxarılmasını təkid və təmin edəcək. Buna görə də, Rusiya burada qəsdən gərginlik yaradır. Guya onların burada qalmasına ehtiyac var, getsələr Qarabağda vəziyyət pisləşər və s. Ermənistan ordusunun Rusiya ilə sıx bağlılığını nəzərə alaraq baş vermiş gərginliyin arxasında Şimal qonşumuzun və yaxud da Ermənistandakı ruspərəst qüvvələrin də maraqlı ola biləcəyini düşünmək olar”.

Politoloq bildirdi ki, sifarişin hansı ölkələr, qüvvələr tərəfindən edilməsinə baxmayaraq Azərbaycan ordusu təxribat törədənləri cəzalandırır: “Ordumuzun postları ilə üzbəüz düşmən mövqeləri məhv edilib. Bizim tam haqqımız var ki, Qarabağda, Şərqi Zəngəzurda sülh və sabitlik naminə bufer zona yaradaq. Ora köçəcək insanlarımızın təhlükəsizliyini təmin etməliyik. Ermənistanın digər ölkələrlə sərhədlərini öz əsgərləri qorumurlar, başqa ölkənin hərbçiləri nəzarət edirlər. Qoy Azərbaycanla sərhəddə də Ermənistan hərbçisi dayanmasın. Terrorçu təfəkkürlü silahlı dəstənin sərhədimizdə dayanması arzuolunan deyil. Onlar məhv edilirlər, alçaldılırlar, amma yenə də dirəniş göstərirlər, təxribata əl atırlar. Onlar sülh şəraitində yaşamağa öyrəşməyiblər. Mədəni, sülhpərvər olmaq, dinc yaşamaq kimi xüsusiyyətlər onların genetikasına yoxdur. Bütün dünya, o cümlədən Azərbaycan dövləti Qarabağdakı ermənilərin islah və inteqrasiya olunması üçün çağırışlar edirlər, səylər göstərirlər, amma hələlik nəticə yoxdur. Rəsmi Bakı Ermənistana sülh təklifləri edib. Ermənistanın siyasi rəhbərliyi həmin təklifləri qəbul ediblər, sülhə razılıq veriblər, amma proses ləngiyir. Çünki Ermənistanda olan müəyyən qüvvələr və onların havadarları bölgədə sülhün olmasını istəmirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər