ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Teleqraf.com-un məlumatına görə, görüş Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində bağlı qapılar arxasında keçirilib.
Qeyd edək ki, E.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirib.
İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.
***
ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.
Qeyd edək ki, A.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.