28 İyun 2023 15:57
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas faktor Ermənistanın silahlı qüvvələridir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün tvitter hesabında yazıb.

“Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə üzərinə düşən öhdəlikləri yerinə yetirməli, həm sözdə, həm də əməldə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”, - deyə o yazıb.

O qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq Azərbaycandan tam çıxarılmayıb.

“Bu qeyri-qanuni qüvvələr yaxın ərazilərdə yaşayan və evlərinə qayıdan azərbaycanlıları təhdid etməklə yanaşı, təhlükəsizliyə ciddi təhlükə yaradır.

Azərbaycan qüvvələri hərbi əməliyyatlarla bağlı yalnız cavab tədbirləri görüb, nəticədə bir Azərbaycan əsgəri yaralanıb. Regionda sabitliyi pozan əsas amil Ermənistan silahlı qüvvələridir", - Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb.


Müəllif: Teleqraf.com