6 İyul 2023 11:45
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Teleqraf.com xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.

O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

N.Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdakı görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”.

Baş nazir həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında bütün məsələlər diplomatik yolla həll olunmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər