11 İyul 2023 14:09
4 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Azərbaycanla Rusiya arasında gərginlik mövcuddur. Bu da sülh prosesi və digər amillərlə bağlıdır. Sadəcə olaraq Rusiya bölgədə məsələnin bağlanmasını və köklü şəkildə həll olunmasını istəmir. Burada həmişə müəyyən dərəcədə bir münaqişənin qalması arzulanır.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Rusiya ilə olan mübahisələr də məhz bundan irəli gəlir: “Fakt odur ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həll edilməsi ilə bağlı Rusiyanın təklif etdiyi sülh prinsipləri də tamamilə fərqli idi”.

Mərkəz sədri hesab edir ki, Rusiyanın təklif etdiyi sülh paketi bölgədə münaqişənin həllinə xidmət etmir: “Rusiyanın təklif etdiyi sülh paketində Qarabağda münaqişənin uzadılması və təxirə salınması kimi məsələlər yer alıb. Hətta Moskva bu istiqamətdə müəyyən planlar hazırlayıb və bir çox müvafiq işlər də aparıb”.

Fərid Şəfiyevə görə, Ruben Vardanyan “layihəsi” ilə bağlı olan cəhdlər də bu qəbildən idi: “İndiki halda verilən şərhlər də məhz bu istiqamətə hədəflənib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər