21 Avqust 2023 10:25
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də ölkəyə dövlət səfəri edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin saytında məlumat verilib.

Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.

Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər