24 Avqust 2023 23:25
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin 2023-cü ilin payızında Alyansa rəsmən qoşulacağını hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Alyansın rəhbəri SVT telekanalına müsahibəsində bildirib.

İsveçin payızda Alyansa qoşulub-qoşulmayacağı ilə bağlı suala o belə cavab verib: “Mən həmişə konkret tarixlərə çox diqqətli yanaşıram, amma optimistəm”.

SVT qeyd edib ki, NATO-nun Vilnüsdə keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq İsveçin alyansa daxil olmaq ərizəsini təsdiqləməyə razılıq verib. Lakin Türkiyə parlamentinin yay tətili ilə əlaqədar iş səngiyib. Buna görə də İsveç oktyabrın 1-nə, türkiyəli parlamentarilərin işə qayıdana qədər gözləmək məcburiyyətindədir.

“Vilnüsdə razılıq əldə olunub ki, parlament toplaşan kimi İsveçin ərizəsini ratifikasiya edə bilər”, - Stoltenberq bildirib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər