"Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasını çox məhsuldar keçirdik və çoxşaxəli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə dair hərtərəfli müzakirələr apardıq".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" hesabında paylaşıb.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşməkdən məmnunam", - XİN başçısı vurğulayıb.
Qeyd edək ki, nazirlər Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasının keçirilməsinə dair protokol imzalayıblar.
Delighted to meet with Péter Szijjártó, Minister of Foreign Affairs and Trade of Hungary.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 4, 2023
We had a very productive first meeting of - Strategic Dialogue, and had thorough discussions on further deepening our multifaceted cooperation. pic.twitter.com/HLNhimqoLh