26 Sentyabr 2023 20:44
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrinə də Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımağa heç nə mane olmur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycan Qarabağda separatizmə son qoyduqdan, bununla ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Şimali Kipr Türk Cumhuriyyətini tanımaq istiqamətində addımlar ata bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da belə bir istəyi var. Keçmişdə rəsmi Bakı Şimali Kipr məsələsində ona görə ehtiyatlı davranırdı ki, Yunanıstan Qarabağ separatçılarını tanıya bilərdi, artıq torpağımızda nə separatçılıq qalıb, nə də onları tanımaq təhlükəsi var.

Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən, təyyarədə jurnalistlərin suallarına cavabında Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarı oktyabrın 3-də Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının toplantısına dəvət təşəbbüsünə dəstək verdiyini bildirib.

Ərdoğan Əliyevin Şimali Kiprə artan dəstəyindən məmnundur. Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrinə də Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımağa heç nə mane olmur”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər