4 Oktyabr 2023 16:27
7 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası doğru qərardır. Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər. Halbuki Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı.

Fransa Prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. İlham Əliyevin “masada Fransa və Almaniya varsa, Türkiyə də olmalıdır” tələbi yerindədir, təklifi qulaqradına vuracaqlarsa, Brüsselin vasitəçiliyi heçə enəcək.

Bir də ki, sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər