31 Oktyabr 2023 18:33
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda partiyanın Sumqayıt, Naftalan, Mingəçevir şəhər, Göygöl, Oğuz, Qax, Samux, Şəki, Balakən, Kəlbəcər, Qəbələ, Xızı, Zaqatala, Kürdəmir, Ucar, Cəlilabad, Daşkəsən, Şuşa, Astara, Qazax və Qobustan rayon təşkilatları aparatlarında aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər