7 Dekabr 2023 18:13
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi haqqında Prezident İlham Əliyevin imzalanmış olduğu Sərəncam ciddi, tarixi-siyasi zərurətdən irəli gəlir. Eyni zamanda prezident seçkilərinin bir il önə çəkilməsi indiki zaman kəsiyində Azərbaycan üçün əhəmiyyətli xarakterə malikdir. Məhz 2024-cü ilin prezident seçkilərindən sonra bunun nə dərəcədə müdrik qərar olduğuna bir daha əmin olacağıq.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, 2018-ci ildə Prezident seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem həll edib:

“Ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verildi. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər olundu. Prezident seçildikdən cəmi iki il sonra 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Bu ilin sentyabrın 20-də həyata keçirilən lokal antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi”.

Partiya sədri hesab edir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası fonunda yeni bir reallıq yaranıb:

“Bu reallıq ölkəmizlə yanaşı regionda da özünü açıq şəkildə göstərir. Məhz bu kontekstdə 2024-cü ilin növbədənkənar prezident seçkiləri yeni reallığın təzahürü kimi özünü təsdiq edəcək. Eyni zamanda müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu baxımdan gələn il baş tutacaq seçkilər ərazi bütövlüyü və suverenliyimizin təsbitidir”.

Fəzail Ağamalıya görə, gələn il keçiriləcək seçkilər Ermənistanla qısa zamanda əldə edilə biləcək sülh sazişi məsələsini də gündəmə gətirir:

“Erməni tərəfi prosesi pozmasa az vaxtda sülh sazişinin imzalanması mümkündür. Bununla da yeni bir situasiya və mərhələ başlamış olur. Regionla bağlı da yeni proseslər önə çıxır”.


Müəllif: Tapdıq Qurbanlı