Amerika hakimiyyətinin Krıma olan iddialara dəstəyi III Dünya Müharibəsi ilə başa çata bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "American Conservative" jurnalı yazıb.
Məqalə müəllifi ötən həftə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlər arasında gedən debatları şərh edib. Vivek Ramasvaminin fikrincə, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli Co Baydenlə birlikdə Kiyevə kömək üçün ABŞ qoşunlarını göndərmək istədikləri üç rayonun adını çəkə bilməyəcək.
“Sonda dedi: “Donetsk, Luqansk, Krım”. Bu, yanlış cavabdır”, - nəşrin politoloqu deyir.
Onun sözlərinə görə, Krımın bu siyahıya salınmasının yeganə səbəbi ABŞ-ı III Dünya Müharibəsinə sürükləmək istəyidir.
Ekspert əlavə edib ki, xarici siyasət Heylinin prezidentlik yarışında zəif nöqtələrindən biridir.