12 Dekabr 2023 00:08
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilib, konkret hədəflərə doğru tarixin ən çətin məqamlarında bir yumruq kimi birləşməyi bacarıb.

Böyük fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı da məhz tarixin zamanın çarxını xeyirinə döndərməyi bacardı. Təbii ki, bu məsələ asanlıqla başa gəlmədi. Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı tarixi şəxsiyyət fenomeninin üzərinə götürdüyü missiyası ilə şərtlənir.

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamağı bacaranlardır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüb. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Azərbaycan xalqı XX əsrdə öz tarixi şəxsiyyətinə qovuşdu və əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla 1990-cı illərin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi qüdrəıtli Azərbaycanın formalaşdırılması istiqamətində atılan cəsarətli addımların, qətiyyətli qərarların şahidi oldu. Bu yüksəlişdə Heydər Əliyev imzası dabılmazdır. Məhz ümummilli liderin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin ən çətin zamanında əlini daşın altına qoyması, xalqı uçuruma aparmaq istəyənlərin caynağından xilas etməsi prosesləri baş verməsəydi, bu günki güclü-qüdrətli Azərbaycan faktoruna da rast gəlmək mümkünsüz olardı.

Heydər Əliyev dühası həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdi ki, onun illər sonraya hesablanmış addımları qısa zamanda bir çox məsələlərdə Azərbaycanın güclənməsində, onun özünə qayıdışında müstəsna əhəmiyyətə malik oldu.

Şübhəsiz ki, əgər Ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanda sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq daha da çətin olardı.

Ötən əsrin sonlarına doğru dövlətçiliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın inkişafının başlanğıc mərhələsi Ulu öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir.

Bütün ruhu, qanı, canı ilə azərbaycançılıq məfkurəsinin inkişafına çalışan, hər addımında Vətənə olan bağlılığını, sevgisini hiss etdirən Ümummilli lider milli həmrəyliyin müstəqilliyini bərpa edən yeni Azərbaycanın dövlət siyasətinin ana xəttinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli öz gördüyü işlər, verdiyi qərarlarla həyata keçirməyi bacardı. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Bu amil bu gün güclü Azərbaycanın formalaşması məsələsində olduqca əhəmiyyətli rola malik oldu. Çünki Ulu öndər çox yaxşı anlayırdı ki, dövlətçilik, vətənpərvərlik, milli ruh hissləri yüksək olmayan xalq milli dövlətini inkişaf etdirə, onu bütün təhdidlərdən qoruya, qalib bir dövlətə çevirə bilməz.

Ulu öndər Heydər Əliyevin millətimizin gələcək inkişafına yönəldilmiş dövlət siyasəti elə istiqamətlənmişdir ki, soydaşlarımız vahid ümummilli ideya ətrafında toplamaqla Azərbaycanın xalqının iradəsini qedrətini, gücünü, birliyinin hansı müşkül görünən problemləri həll etməyə qadir olduğunu nümayiş etdirdi. Təbii ki, öncədən də bəlli idi ki, bu ideologiya xüsusən Qarabağ münaqişəsinin münaqişəsinin həllinə və torpaqlarımızın işğaldan azad edilməsinə yönəlib. Vaxtı ilə Heydər Əliyev dühası tərəfindən başladılan siyasi Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla inkişaf etdirilərək Azərbaycanın daha azad, daha böyük, daha güclü dövlətə çevrilməsinə vəsilə oldu.

İndi 30 illik işğala son qoyan, ərazi bütövlüyünü bərpa edən, suverenliyinə qovuşan Azərbaycan nəyinki Cənubi Qafqaz regionunda, Avropa və Asiyada da önəmli söz sahibinə çevrilməkdə, əsas aktyorlardan biri kimi öz ağırlığını ortaya qoymaqdadır.

Heç şübhəsiz ki, bütün bu Zəfərlərə doğru addımların əsası Heydər Əliyev tərəfindən qoyuldu. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hər kəs etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirməsəydi, çox güman ki, Azərbaycan üçün Qarabağ zəfəri bu qədər yaxında olmazdı.

Lakin Ulu öndərin bütöv Azərbaycan ideologiyası əsasında başlatdığı siyasi xətt Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə qarşıya qoyulan çox vacib hədəflərə nail olmaqda əsas təkanverici faktor rolunu oynadı. İndi Azərbaycan tarixinin ən güclü Azərbaycanıdır və günü-gündən dünyada söz sahibinə, xalqının maraqlarını müdafiə etməyi bacaran bir dövlətə çevrilir, Azərbaycanla hesablaşanların sayı günü-gündən artır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər