Müstəqillik uğrunda mübarizəmizə beynəlxalq diqqəti saxlamaq mümkün olub.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.
O, Böyük Britaniya ilə təhlükəsizlik sazişinin imzalandığını xatırladıb.
Zelenski həmçinin Polşa ilə münasibətlərin yenidən qurulduğunu qeyd edib və Polşanın G7 təhlükəsizlik bəyannaməsinə qoşulduğunu, ümumilikdə 32 ölkənin artıq bu istiqamətdə iş apardığını xatırladıb.
Prezidentin qeyd etdiyi üçüncü məqam isə Avropa İttifaqı ilə münasibətlərdə yaxşı nəticələrin əldə olunması ilə bağlıdır.
"Danışıqların başlanması üçün əsaslı hazırlıqlar başlayıb. Bu, Ukrayna hüquqi aktlarının Avropa İttifaqı qanunvericiliyinə uyğunluğu ilə bağlı rəsmi qiymətləndirmədir. Artıq görüşlərin cədvəli, bütün növbəti zəruri addımlar barədə anlayış var. ", - deyə prezident qeyd edib.
Zelenski daha sonra Ukrayna üçün müdafiə paketlərindən danışıb.
"Bir ay ərzində yaxşı dinamika əldə etdik. Təbii ki, göydə nəzarətə və yerdə daha böyük imkanlara, xüsusən də artilleriyaya nail olmaq üçün daha çox ehtiyacımız var. Amma bizim üçün nə qədər çətin olsa da, artilleriya, raket ehtiyatlarımız var. Mən əsgərlərimizi dəstəkləyən və Ukraynanın həyatını qoruyan hər bir ölkəyə təşəkkür edirəm”, - deyə Zelenski qeyd edib.
O, həmçinin əlavə edib ki, Ukrayna Amerika Birləşmiş Ştatlarından müvafiq qərarı gözləyir.
"Bu, çox vacibdir”.