16 Fevral 13:26
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin Əli Əsədovu Azərbaycanın Baş naziri postuna Milli Məclis tərəfindən təsdiq edilməsi münasibətilə təbrik edib.

Azərbaycan Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata əsasən, Baş nazirlərin telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq yüksək qiymətləndirilib.

Ə.Əsədov və M.Mişustin Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, fevralın 16-da Milli Məclisdə Prezident İlham Əliyevin təqdimatı əsasında Əli Əsədovun Azərbaycanın Baş naziri postuna təyin edilməsinin lehinə səs verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər