ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək və ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün aprelin 15-də Vaşinqtonda Çexiyanın baş naziri Petr Fiala ilə görüşməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Bayden ABŞ-Çexiya münasibətlərini daha da gücləndirmək üçün aprelin 15-də Fialanı Ağ Evdə qarşılayacaq”, - deyə məlumatda bildirilir.
Görüş zamanı iki dövlətin liderləri Ukraynaya dəstək, təhlükəsizlik məsələləri və iqtisadi perspektivləri müzakirə edəcəklər.