Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində namizədlərdən daxil olmuş müraciətə baxıb.
Teleqraf.com xəbər verir ki, namizədliyi 44 saylı Sumqayıt dördüncü seçki dairəsindən irəli sürülmüş Müasir Müsavat Partiyasının üzvü Elnur İbrahimovun şikayəti dinlənilib.
MSK-nın katibi Arifə Muxtarovanın təqdimatına əsasən, iddiaçı mülkiyyətində olan əmlakın hesabatını düzgün şəkildə dairə seçki komissiyasına təqdim etməyib.
Şikayətçi MSK-nın iclasında iştirak edib və narazılığını komissiyanın üzvlərinə çatdırıb.
Yekunda qeyd olunub ki, müraciət əsassızdır və qərar dəyişdirilməməlidir.