Milli Məclisin deputatları üçün ayrılmış tətil müddəti başa çatıb.
Teleqraf.com xəbər verir ki, parlamentarilər səlahiyyəti dövründə ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Əgər fevralın 1-i səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya növbəti birinci iş günü öz işinə başlayır.
Bu da o deməkdir ki, parlamentin ilk plenar iclası fevralın 3-də baş tutacaq.
Xatırladaq ki, yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək. Mədəniyyət komitəsinin keçirəcəyi iclasın gündəliyinə 3 məsələ daxil edilib.