14 Yanvar 18:48
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər