2 Aprel 22:56
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyadan qurtulmayınca ABŞ və ya Fransanın ona verəcəyi təhlükəsizlik təminatı işləməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert aprelin 5-də Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək toplantıya diqqət çəkib:

“ABŞ dövlət katibi Entoni Blinken okeanın o tayından uzaq məsafə qət edərək, xüsusi olaraq Ermənistan Baş naziri Nikol Paşinyanla görüş üçün Brüsselə gəlmir. Aprelin 1-dən Avropada olan ABŞ-nin baş diplomatı Parisdə Fransa Prezidenti Emmanuel Makronla Ukrayna və Qəzza mövzularını müzakirə edəcək. Aprelin 4-də isə Belçikanın paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Həmin toplantıdan bir gün sonra Brüseldə Paşinyanla görüşəcək.

NATO və bu təşkilatın Ermənistana hansısa təhlükəsizlik təminatı verməsinə gəlincə, buna Şimali Atlantika Blokunun bütün üzv ölkələri, o cümlədən qurumun ikinci böyük dövləti Türkiyənin razılığı lazımdır. Ankaranın belə bir razılığı yoxdur. NATO baş katibi Yens Stoltenberq bütün üzv dövlətlərin razılığını almadan təkbaşına Ermənistana təhlükəsizlik təminatı verə bilmək səlahiyyətinə malik deyil.

Avropa Birliyi də təhlükəsizlik təminatı verə bilməz, bu da onun səlahiyyəti xaricindədir. Ermənistana iki dövlət – ABŞ və Fransa nəsə vəd edə bilər. Ermənistan KTMT-ni tərk etmədən, Rusiya hərbi bazası və sərhədçilərindən qurtulmadan, ABŞ və ya Fransanın verəcəyi təhlükəsizlik təminatı işləməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər