Ukraynada Qərbin hava hücumundan müdafiə sistemləri, xüsusən Patriot üçün raketlər tükənib.
Teleqraf.com xəbər verir ki, bu barədə BILD analitiki Julian Röpke X sosial şəbəkəsində Rusiyanın Ukraynaya bugünkü hücumunu şərh edərkən yazıb.
"Bir neçə həftə əvvəl dediyim kimi (və demək olar ki, heç kim mənə inanmırdı): Ukrayna Patriot və IRIS-T raketlərindən məhrumdur" dedi.
Həmçinin, onun sözlərinə görə, digər hava hücumundan müdafiə ehtiyatlarının əksəriyyəti tükənib və ya məhv edilib.
"Və bu, anbarlarımızda yüzlərlə sistem və minlərlə raket olmasına baxmayaraq. Söz yoxdur. Yalnız qəzəb", - Röpke deyib.