9 İyun 22:26
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etmək barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, Bayden və Makron Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kömək etmək üçün istifadə etmək niyyətindədirlər.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa İttifaqı və G7 ölkələri Moskvanın təxminən 300 milyard avro məbləğində valyuta ehtiyatlarının yarısını dondurublar.

Xatırladaq ki, mayın sonunda Estoniya prezidenti Alar Karis Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə və bu vəsaitlərin Ukraynaya kömək məqsədilə istifadəsinə icazə verən qanun imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər