12 İyun 19:48
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Avropa İttifaqı arasında ticarət müharibəsi proqnozlaşdırılır.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı Çin elektrik avtomobillərinin Aİ-yə idxalına rüsumları artırdıqdan sonra ticarət müharibəsinin başlama riski artıb.

Bildirilir ki, Avropa Komissiyası 4 iyuldan etibarən Çindən elektrikli avtomobil idxalına 38,1 faizə qədər tariflər tətbiq edəcəyinə dair açıqlama Pekini təəccübləndirib. Buna cavab olaraq Çin Avropa içki istehsalçılarına qarşı təhqiqat tədbirləri görməyə başlayıb. Bundan əlavə, Pekin hakimiyyəti avropalı fermerlərə və təyyarə istehsalçılarına qarşı tədbirlər görəcəyini də bəyan edib.

Qeyd edək ki, Avropa İttifaqının Çin elektromobillərinin idxalına tətbiq etdiyi yeni tariflər Pekinə təxminən dörd milyard dollara başa gələcək. Eyni zamanda, Çin Mercedes-Benz Group və BMW kimi şirkətlərə zərbə vuran güclü mühərrikli avtomobillərə 25 faizə qədər cavab rüsumları tətbiq edəcəyinə söz verib.


Müəllif: Arzu

Oxşar xəbərlər