14 İyun 21:00
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

G7 ölkələri Rusiyadan Ukraynaya 486 milyard dollar təzminat ödəməsini tələb ediblər

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə "Böyük yeddilik" ölkələrinin iştirak etdiyi İtaliyada keçirilən sammitin yekunlarına dair bəyanatında deyilir.

Dünya Bankının məlumatına görə, döyüşlərdən sonra Ukraynanı bərpa etmək üçün təxminən yarım trilyon dollar lazımdır. G7-nin bəyanatında deyilir ki, klub ölkələri Ukraynaya 50 milyard dollar məbləğində kredit verməyə hazırdır, amma bunun üçün ödənişlər Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Duması Rusiya aktivləri hesabına Ukraynaya kreditin verilməsini oğurluq adlandırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər