Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Londonda görüşdən Böyük Britaniyanın mövqeyinə görə imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Nəşr iddia edir ki, Bakının lehinə mövqe tutan Britaniya Ermənistandan Azərbaycanın xeyrinə “ağır güzəştlər"ə getməsini istəyir:
"ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin ağır güzəştlərlə bağlı açıqlamasından sonra İrəvan Ermənistan liderini bu formatda köşəyə dirəyəcəklərinə şübhə etmir. İrəvan hətta buna rəsmi açıqlamalarında da eyham vurub.
Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev görüşün Britaniya tərəfindən təklif edildiyini və Ermənistan baş nazirinin bundan imtinasının sülh gündəmindən geri çəkilmək demək olduğunu bildirib.
Erməni nəşri Paşinyandan fərqli olaraq, Əliyevin Britaniyanın sülh prosesində iştirakına etiraz etmədiyini iddia edir.
Əlavə edək ki, Miller də sülh müqaviləsinin tərəflərdən ağır kompromislər tələb etdiyini söyləmişdi.