Siyasi ekspert Elxan Şahinoğlunun namizədliyi qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə E.Şahinoğlunun özü bildirib.
"Namizədliyimi qeydə almadılar. Qanuna görə imzalar 7 gün ərzində yoxlanıb cavab verilməli idi. Yeddinci gün, iş gününün bitiminə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq. Mənə inandıqlarına və dəstək verdiklərinə görə ağdamlılara təşəkkür edirəm!", deyə E.Şahinoğlu bildirib.