Ermənistan Baş naziri Nikol Paşinyanın son dövrdəki fəaliyyəti referenduma hazırlıqdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Kəçəryan deyib.
Onun sözlərinə görə, bu gün referendumun keçirilə biləcəyi iki mövzu müzakirə olunur:
"Konstitusiyanın dəyişdirilməsi və Avropa İttifaqına daxil olmaq. Amma Paşinyanın mövqeyi onu göstərir ki, indiki mərhələdə söhbət ilk növbədə konstitusiya referendumunun keçirilməsindən gedir. O, Avropaya inteqrasiya ilə bağlı referendum mövzusuna qarışmaq istəmir. Ən azı Rusiyanın gözündə oxşar təəssürat yaratmağa çalışır. Paşinyan Moskvaya göstərmək istəyir ki, o, bu prosesdə yoxdur və hər şeyi parlamentdənkənar yaramaz qüvvələr təşkil edir. Ona görə də indiki görüşlər heç bir halda bu proseslə bağlı deyil".
Ekspertin fikrincə, hakimiyyət də başa düşür ki, konstitusiya referendumu məsələsində hələ də Tavuşda kəndlərin təslim olması ilə bağlı vəziyyəti həzm edə bilməyiblər:
"Tavuşda ərazinin delimitasiyası və demarkasiyası Paşinyanın mövqelərinə çox çətin təsir edib. Düşünürəm ki, Paşinyanın indi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən yayınması da bu səbəbdəndir. Paşinyan başa düşür ki, hər görüşdən sonra növbəti güzəştə getməlidir, amma sonuncu görüş çox çətin olduğundan buna hazır deyil".