İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, iki ölkənin enerji sahəsində həyata keçirdiyi layihələr bütün Avrasiya məkanın enerji xəritəsini dəyişdirir.