3 Sentyabr 11:44
3 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyəti istehlakçıların hüquqlarının müdafiəsi, bazarda azad rəqabəti təmin etmək üçün mühüm addımdır. Bu, çoxdan gözlənilən qərar idi. Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu məsələsi də uzun fasilədən sonra mümkün olub. Hətta bu Məcəllə qəbul edilərkən təklif edildi ki, qurum İqtisadiyyat Nazirliyinin tərkibində yox, birbaşa dövlət başçısının nəzarətində formalaşsın.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vahid Əhmədov deyib.

O qeyd edib ki, çünki bu qurum inhisarçılar, monopolistlərlə mübarizə aparan orqan olacaq:

“Ona görə də, bu qurum dövlət başçısının nəzarətində olmalıdır. Faktiki olaraq dövlət başçısı yeni yaradılan Agentliyi öz nəzarətində formalaşdırdı. Bu, düzgün addımdır. Azərbaycanda belə bir Agentliyin yaradılaraq birbaşa ölkə başçısına tabe olması vacib idi”.

İqtisadçı hesab edir ki, bazarda azad rəqabəti təmin etmək, inhisarçılığı aradan qaldırmaq üçün mütləq şəkildə yuxarı instansiyanın bu işə müdaxiləsi lazımdır:

“Artıq bu istiqamətdə ciddi addımlar atılacaq. Dövlət başçısının göstərişi ilə yeni qurumun nizamnaməsi hazırlanır. Rəqabət Məcəlləsi 2024-cü ilin II yarısında qüvvəyə minib. Qısa müddət keçməsinə baxmayaraq müəyyən işlər görülür”.

Vahid Əhmədova görə, yeni formalaşan qurum birbaşa dövlət başçısının nəzarətində olduğu üçün ciddi müsbət nəticələri olacaq:

“Bu amil bazardakı qiymət siyasətinə təsir göstərəcək. Eyni zamanda inhisarçılığın da qarşısını alacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər