9 Sentyabr 15:22
2 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özəl mühafizə şirkətlərinin əməkdaşları Azərbaycanla nəqliyyat əlaqəsi (Zəngəzur dəhlizi - red.) açılacağı halda insanları və yükləri müşayiət edə bilər, amma orada yerləşdirilə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Dəhlizin yaradılması və onun üzərində nəzarətin hər hansı üçüncü tərəfə ötürülməsini nəzərdə tutan heç bir şey nəzərə alınmır. İnsanların təhlükəsizlik hissini artırmaq üçün Ermənistan üçün üçüncü tərəfin olması qəbuledilməzdir. Lisenziyalı özəl mühafizə şirkətinin cəlb edilməsi məsələsi hər iki ölkədə müzakirə oluna bilər, hansı ki, qatarda insanları və yükləri müşayiət edəcək", - Mirzoyan bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər