Avstraliya Senatı hökumətə Ukraynaya hərbi təchizatı artırmağı tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə SBS telekanalı məlumat yayıb.
Avstraliya Senatının müvafiq komitəsi Kanberraya eyni vaxtda Kiyevə hərbi və humanitar yardımı artırmağı , həmçinin kompleks tədbirlər paketini təqdim etməyi tövsiyə edib. Onların arasında Ukraynaya uzunmüddətli davamlı dəstəyin zəmanəti və yardımın optimallaşdırılması üçün mərkəzləşdirilmiş sistemin yaradılması daxildir.
Konkret tövsiyyələrdən biri konkret obyektə münasibətdə buna qarşı heç bir arqument olmadıqda istənilən hərbi texnikanın, o cümlədən istismardan çıxarılanların Ukraynaya verilməsinə icazə verilməsidir. Bu sıraya Avstraliya ordusunun təqaüdçü "M1A1 Abrams" tankları da daxildir.