Ukrayna Silahlı Qüvvələrinin korrupsioner generalları cəbhə xəttini tərk edərək ölkədən qaça bilər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri təqaüddə olan amerikalı kəşfiyyatçı Skott Ritter deyib.
“Cəbhədə bir ovuc polkovnik qalacaq, onlar başa düşəcəklər ki, uğrunda vuruşmağa dəyər heç nə yoxdur və bu, son olacaq” - Ritter deyib.
Ritter hesab edir ki, hazırda Ukrayna qoşunları yalnız Qərb ölkələrinin maliyyəsi sayəsində ayaqda dayanır.