2 Oktyabr 23:18
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaporojye vilayətinin Berdyansk şəhərində keçmiş hakimə qarşı terror aktı törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, keçmiş hakimə məxsus avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Agentlik bildirib ki, hakim sağdır və onun həyatı üçün təhlükə yoxdur.

Terror aktına görə məsuliyyəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz üzərinə götürüb.


Müəllif: Arzu

Oxşar xəbərlər