2 Oktyabr 19:26
5 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub. Ermənistan bu mövzudan imtina edə bilməz.

Teleqraf.com xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına münasibət olaraq bildirib.

Paşinyan belə bir müzakirə faktını təsdiqləməyib, lakin o qeyd edib ki, “İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər