2 Oktyabr 22:25
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələrinin Ermənistandakı fəaliyyəti sabitliyi pozur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı USAİD-in Ermənistana maliyyə yardımını artırmaq qərarını şərh edərkən deyib.

“Bu, sadəcə olaraq, Qərb ölkələrinin istər Ermənistanda, istərsə də bütövlükdə Cənubi Qafqazda fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir”, - Zaxarova qeyd edib.

O əlavə edib ki, bu faktları, bu tendensiyaları qonşu dövlətlərin, dünyanın digər ölkələrinin təcrübəsini görməmək mümkün deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər