3 Oktyabr 01:35
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya prezidenti Milorad Dodik BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Mən Kazanda Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyəm. Rusiya bizim üçün dost ölkədir, mən Rusiya prezidenti Vladimir Putini yüksək qiymətləndirirəm. O, sülhsevər, ölkəsinin və xalqının güclü lideridir. Putin ən mühüm dünya liderlərindən biridir”, - Dodik vurğulayıb.

Qeyd olunur ki, Dodik sammitə müşahidəçi qismində rəsmi dəvət alıb.




Müəllif: Arzu

Oxşar xəbərlər