Rusiya Ukraynaya qarşı klassik imperialist müharibə aparır. Əgər ruslar ələ keçirilən ərazilərdə qalsalar, müharibə uzun illər davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Zaporoje, Xerson, Donetsk, Luqansk vilayətləri və Krım yarımadası de-yure və de-fakto Ukrayna ərazisidir. Əgər ruslar bu ərazilərdə qalsalar, o zaman müharibə uzun illər davam edəcək”, - ölkə rəsmisi vurğulayıb.
Podolyak əlavə edib ki, müharibəni bitirməyin yalnız bir yolu var – işğal edilmiş Ukrayna ərazilərindən çıxmaq:
“Kremli anlamağa məcbur etmək lazımdır ki, Ukraynaya qarşı mübarizə ona baha başa gələcək və Rusiyanın qələbəsi ilə nəticələnməyəcək. Bunun üçün hərbi, iqtisadi və diplomatik məcburiyyət lazımdır”.