Ermənistan dünya münasibətlərinə bələd deyil, çünki dövlət yox, oyun obyekti olub.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz dünya münasibətlərinə bələd deyilik, beynəlxalq diplomatik mexanizmlərin dünya nizamı ilə tanış deyilik, çünki biz dövlət olmamışıq, həmişə oyun obyekti olmuşuq. Çünki həmişə bizə elə gəlirdi ki, hardasa yaxşı və pis qüvvələr var, biz yaxşılarla dost olsaq, qalib gələcəyik. Kimsə nə yaxşı, nə də pisdir, hər kəsin ilk növbədə öz vətəndaşı qarşısında vəzifəsi var. Bu, birinci vəzifədir”, - baş nazir qeyd edib.