3 Oktyabr 09:30
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər demək olar ki, günün hər saatında Bakı yollarında tıxac olur. Gündəlik həyat fəailiyyətimizə mane olan tıxacların sağlamlığımıza da mənfi təsiri var. Tıxac problemini aradan qaldıran təkliflər də səsləndirilir. Paytaxtın və ya ali təhsil müəssisələrinin kənar ərazilərə köçürülməsi təkliflər arasındadır.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Bakıda təhsil müəssisələrinin və orada təhsil alanların sayı artdıqca, şəhərdəki nəqliyyat yükü və tıxac problemi daha da aktuallaşır:

“Xüsusilə məktəb və universitetlər mövsümünün başlanğıcı paytaxtın nəqliyyat infrastrukturuna ciddi mənfi təsir göstərir. Bu vəziyyəti statistik göstəricilər daha aydın şəkildə təsvir edir. Bakı şəhərində 320-dən çox orta məktəb, 40-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin çoxu şəhərin mərkəzi hissəsində, xüsusən Yasamal, Nərimanov və Nəsimi rayonlarında cəmlənib. Bakı şəhərində təhsil alan şagirdlərin sayı təxminən 500 mindən çoxdur. Universitet və kolleclərdə təhsil alan tələbələrin sayı 150 mindən artıqdır".

Kamran Əsədov bildirir ki, Bakıda təhsil müəssisələrinin sıxlığı və təhsil alanların çoxluğu şəhərin nəqliyyat sisteminə ciddi yük gətirir:

"Orta məktəbləri də yaddan çıxarmayaq. Valideynlərin böyük bir hissəsi şagirdləri hər gün şəxsi avtomobillə məktəbə aparır ki, bu da tıxac probleminin dərinləşməsinə səbəb olur. Bakı Nəqliyyat Agentliyinin məlumatlarına əsasən, səhər saatlarında məktəblər və universitetlərə yaxın ərazilərdə nəqliyyat sıxlığı 30%-ə qədər artır.

Nəqliyyatın sıx olduğu ərazilərdə, məsələn, "İnşaatçılar", "20 Yanvar" mteroları və Neftçilər prospekti kimi yolların kəsişmələrində hər gün saatlarla tıxac yaranır. Məktəb və universitetlərin başlanma vaxtı iş saatları ilə üst-üstə düşdüyü üçün səhər saatlarında tıxacın piki olunur. Problemin həlli istiqamətində kütləvi nəqliyyatın təkmilləşdirilməsi, dərs saatlarının fərqli vaxtlara bölünməsi və parkinq problemlərinin həlli vacibdir".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər