15 Oktyabr 08:39
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəmə prosesi ilə bağlı hüquqi prosedurun tam həyata keçirilməsinə nəzarət edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər